Ən çox məvacib hansı klubdadı?
02.05.2012 - 23:04
Ən çox məvacib hansı klubdadı?
ABŞ-ın ESPN idman agentliyi dünyanın 10 ölkəsinin 278 idman klubunun oyunçularının orta məvaciblərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, ilk pillədə “Barselona” qərarlaşıb. Kataloniya klubunun futbolçularının orta əmək haqları həftədə 166,9 min dollar və ya ildə 8,7 milyon dollar təşkil edir.

İkinci yerdə qərarlaşan “Real”ın oyunçularının orta məvacibləri ildə 7,8 milyon dollardır. İlk “üçlüy”ü isə ötən il bu siyahıda 10-cu pillədə olan “Mançester Siti” qapayır.

“Şəhərlilər”in futbolçularının orta əmək haqları ildə 7,4 milyon dollar təşkil edir. Sonrakı yerlərdə “Çelsi” (6,8 milyon dollar), “Milan” (6,1), “Bavariya” (5,9), “İnter” (5,7) qərarlaşıblar.