“Real” “Neftçi”nin yolu ilə getdi
03.05.2012 - 08:27
“Real” “Neftçi”nin yolu ilə getdi
İspaniya çempionatının sonuna 2 tur qalmış çempionun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Madridin “Real” klubu səfərdə Bilbao “Atletik”ini 3:0 hesabı ilə məğlub edərək növbəti titulunu qazanıb. Məsut Özil, Qonzalo İquayn və Kriştianu Ronaldonun qolları ilə əldə olunan qələbədən sonra ən yaxın izləyicisi “Barselona” ilə xal fərqini 7-də saxlayan “Kral klubu” kataloniyalılar üçün əlçatmaz olub. Bununla da Xosep Qvardiolanın yetirmələrinin 3 illik hegemonluğuna son qoyan madridlilər 32-ci dəfə çempionluğunu yaşayıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında da çempion “Neftçi” sona 2 tur qalmış bu titulu təmin edib.