Mourinyo harda, çempionluq orda
03.05.2012 - 08:50
Mourinyo harda, çempionluq orda
İspaniyanın “Real” klubunun baş məşqçisi Joze Mourinyo rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis Ernst Happel və Covanni Trapattonidən sonra Avropanın 4 ölkəsində çempion adını qazanan ilk baş məşqçi olub.

2002/03 və 2003/04 mövsümlərində “Porto” ilə Portuqaliyada, 2004/05 və 2005/06 mövsümlərində “Çelsi” ilə İngiltərədə, 2008/09 və 2009/10 mövsümlərində “İnter”lə İtaliyada çempion titulunu qazanan Mourinyo 10 ildə 7-ci dəfə buna nail oldu. Maraqlıdır ki, Azərbaycanın ən titullu klubu “Neftçi”nin də çempionluq sayı 7-yə bərabərdir.

Qeyd edək ki, azərbaycanlı məşqçilərdən heç biri ölkəmizdən başqa hardasa çempion olmayıb. Lakin Azərbaycanda çalışmış Qyoko Hacıyevski 2 Avropa ölkəsində çempionluq yaşayıb. 5 dəfə “Vardar”la Makedoniya çempionu olan mütəxəssis “Bakı”nı Azərbaycan Premyer Liqasının qalibi edib.