31-ci çempionluq
03.05.2012 - 09:04
Hollandiya çempionatının sonuna 1 tur qalmış ölkə çempionunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, “Venlo”nu 2:0 hesabı ilə məğlub edən Amsterdamın “Ayaks” klubu tarixində 31-ci dəfə çempion olub. Bunun üçün Frank de Bura heç-heçə də kifayət etməyinə baxmayaraq “Ayaks” qızıl medalları qələbə ilə təmin edib. Ən yaxın izləyicisi “Feyenord”u 6 xal qabaqlayan amsterdamlılar ötən mövsümü uğurunu təkrarlayıb.
0
0