Azərbaycanda oynamaq istədilər, darmadağın oldular
03.05.2012 - 09:48
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) üzrə seçmə oyunlarına final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Qvatemalada təşkil olunan yarışın ilk günündə A qrupunun komandaları münasibətlərini aydınlaşdırıb.
İlk oyun günü darmadağınlarla əlamətdar olub. Açılış matçında 6:0 hesabı ilə qalib gələn Kanada yığması Panama futbolçularının Azərbaycanda oynamaq arzularını alt-üst edib. Yamayka futbolçuları isə meydan sahiblərinə “dərs keçib” – 3:0.
Qeyd edək ki, 8 komandanın mübarizə apardığı yarışın 3 ən yaxşısı mundiala vəsiqə qazanacaq.

0
0