Sadıq Sadıqovdan 200000 manat “premya”
03.05.2012 - 10:12
“Neftçi” klubunun Premyer Liqanın “Qarabağ”la oyunundakı qələbə üçün futbolçularına verdiyi mükafatın məbləği məlum olub. Apasport.az saytının xəbərinə görə, çempionluğun təmin olunduğu XXX turun qarşılaşmasındakı 2:1 hesablı zəfər komanda rəhbərliyini 200 min manat xərcə salıb.
“Neftçi”nin prezidenti Sadıq Sadıqov oyunçularına məhz bu qədər mükafat verməyi lazım bilib. Əsas heyətdə meydana çıxan futbolçuların hər birinə 10 min manat düşüb. Meydana sonradan çıxan futbolçular isə 8 min manat “premya” alıblar.
extratime.az

0
0