Ailə problemi, qırmızı vərəqə və şərt
03.05.2012 - 15:42
“Qəbələ”nin kapitanı Mahir Şükürovun hazırlıqdan kənarda qalmasının səbəbi aydınlaşıb. Klubun baş meneceri Zaur Əzizov apasport.az saytına açıqlamasında futbolçunun şəxsi işləri ilə əlaqədar icazə aldığını bildirib.
Belə ki, Mahirin valideynlərinin səhhətində problem yarandığından, başı ailə problemlərinin həllinə qarışıb. Buna görə məşqçilər korpusu onun “Xəzər Lənkəran”la oyuna məşq prosesinə qatılmamağına icazə verib.
Əslində, Şükürov “İnter”lə səfər matçında 2 sarı vərəqə aldığı üçün İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılmışdı və ötən turda “Bakı” ilə Qəbələdəki oyunu buraxmalı idi. Ancaq məsələ ondadır ki, millimizin üzvü cari mövsümün əvvəlində 4 oyunluq diskvalifikasiya olunduğu zaman AFFA-nın Ekspert və Apelyasiya Komitəsinə müraciət müsbət cavablandırılıb, cəzası 1 matçlıq yüngülləşdirilərkən, qarşısına şərt qoyulmuşdu.
Bu da ondan ibarət idi ki, Mahir qarşıdakı 9 ay ərzində yenidən qırmızı vərəqə alarsa, cəzası 1 oyun artırılacaq. Təcrübəli futbolçu şərti sınaq müddətində yenidən meydandan çıxarıldığından, həmin qərar qüvvəyə mindi. Nəticədə Şükürov “Xəzər Lənkəran”la ilk dövrədəki səfər matçı öncəsi cəzası yüngülləşdirildiyindən, oynamaq imkanı qazanmışdısa, bu dəfə Lənkəranda meydana çıxa bilməyəcək. Sağ cinah müdafiəçi son turda “Neftçi” ilə səfər oyununda komandasına kömək edə biləcək.

0
0