“Mançester Siti”nin futbolçusu Azərbaycana qarşı
03.05.2012 - 20:12
“Mançester Siti”nin futbolçusu Azərbaycana qarşı
21 yaşadək futbolçulardan ibarət Norveç milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsinin iyunun 1-də baş tutacaq oyununda Azərbaycan yığması ilə görüşəcək skandinaviyalılar görüşə 20 futbolçu ilə hazırlaşacaq.

Baş məşqçi Per Yoar Hansen matça İngiltərə və Belçikada çıxış edən legionerləri də dəvət edib. Onlar arasında hətta “Mançester Siti”nin də üzvü var: Oryan Niland (“Hodd”), Arild Östbo, Yann-Erik de Lanley (hər ikisi “Vikinq”), Veqar Eqqen Hedenstad (“Stabek”), Conatan Tollas Nation, Fredrik Ulvestad (hər ikisi “Olesund”), Fredrik Semb Berq, Torqeyr Borven (hər ikisi “Odd Qrenland”), Stefan Strandberq (“Rusenborq”), Xoakim Vaqe Nilsen (“Hoqesund”), Martin Linnes, Maqnus Volf Eikrem, Co İnqe Berqet (hamısı “Molde”), Harmit Sinqh, Markus Pedersen (hər ikisi “Valarenqa”), Tomas Draq (“Tromse”), Anders Konradsen (“Stromsqodset”), Omar Elabdellaoui (“Mançester Siti”, İngiltərə), Coşua Kinq (“Hall Siti”, İngiltərə), Muşaqa Bakenqa (“Brügge”, Belçika).