Fatih Terimin Joze Mourinyodan xahişi
03.05.2012 - 17:31
“Qalatasaray” növbəti mövsüm üçün heyətinə cəlb etmək istədiyi daha bir futbolçunun adını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar” Madrid “Real”ında çıxış edən Nuri Şahinin İstanbul klubuna transferi ilə bağlı ilk müraciətlərini ediblər.
Maraqlıdır ki, bu təklif “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdən gəlib. O, “Real”dakı həmkarı, eyni zamanda yaxın dostu Joze Mourinyoya Türkiyə milli komandasının yarımmüdafiəçisinin xidmətində maraqlı olduğunu bildirib.
İspaniyalı həmkarlarımızın yazdıqlarına görə, portuqaliyalı çalışdırıcı da Terimin xahişini yerə salmayıb və bu məsələnin həllində ciddi problemin olmadığını deyib. Lakin buna baxmayaraq, Şahin hələ son qərarını açıqlamayıb. Çünki futbolçu İngiltərə Premyer Liqasında oynamaq arzusundadır.
Qeyd edək ki, Nuri “Real”da əsasən ehtiyatda qalır.

0
0