Paulu Bentunun Azərbaycana gələcəyi dəqiqləşdi
04.05.2012 - 08:45
Portuqaliya Futbol Federasiyası milli komandasının baş məşqçisi Paulu Bentu ilə müqaviləsini uzatdığını rəsmən elan edib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssislə yeni anlaşma 2014-cü ilin iyuluna kimi nəzərdə tutulub. Bununla da Bentunun Azərbaycan milli komandası ilə bir qrupa düşdükləri 2014-cü il dünya çempionatının seçmə mərhələsində yığmaya rəhbərlik edəcəyi dəqiqləşib. Orada portuqaliyalılar Braziliyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq. Bentu 2010-cu ilin sentyabrında istefaya göndərilən həmyerlisi Karluş Keyruşu əvəzləyib və Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsini yerinə yetirib.
Qeyd edək ki, Bentu hələ futbolçu olarkən, milli komandasının heyətində yığmamızla görüşüb. Onun çalışdırdığı Portuqaliya yığması ilə ilk oyunumuz bu il səfərdə, cavab matçı gələn il evdə olacaq.
Qeyd edək ki, Bentu hələ futbolçu olarkən, milli komandasının heyətində yığmamızla görüşüb. Onun çalışdırdığı Portuqaliya yığması ilə ilk oyunumuz bu il səfərdə, cavab matçı gələn il evdə olacaq.
0
0