ABŞ futbolçularından Azərbaycan yolunda 10 qol
04.05.2012 - 09:00
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) üzrə seçmə oyunlarına final mərhələsində ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Qvatemalada təşkil olunan yarışın 2-ci oyun günündə B qrupunun komandaları münasibətlərini aydınlaşdırıb.
İlk oyun qol yağışı ilə əlamətdar olub. ABŞ yığması Baham adaları futbolçularına əsl dərs keçib – 10:0. Digər oyunda isə Meksika futbolçuları Trinidad və Tobaqonu üstələyiblər – 2:0.
Qeyd edək ki, 8 komandanın mübarizə apardığı yarışın 3 ən yaxşısı mundiala vəsiqə qazanacaq.

0
0