“Real” çempionluğu Sibelesdə qeyd etdi
04.05.2012 - 09:10
“Real” çempionluğu Sibelesdə qeyd etdi
“Real” İspaniya çempionluğunu bayram edib. Apasport.az saytının məlumatına görə, komandanın məşqçilər korpusu və futbolçularının iştirakı ilə Madriddə klubun 32-ci çempionluğu münasibətilə bayram tədbiri təşkil olunub. Komanda üstü açıq avtobusda İspaniya paytaxtında gəzişib.

Çempionluğunun qeyd olunmağının mərkəzi yeri Sibeles meydanı olub. Belə ki, “Real” böyük turnirlərdə qələbəni adətən orada qeyd edir. Komandanın qapıçısı İker Kasilyas kapitan klubun bayrağını Kibela ilahəsinin şərəfinə düzəldilən Sibeles fəvvarəsində asıb.