Əyalətdə medal savaşı: “Qarabağ”ın son şansı, “Xəzər Lənkəran” ardıcıl 2-ci gümüşə doğru
04.05.2012 - 10:08
Əyalətdə medal savaşı: “Qarabağ”ın son şansı, “Xəzər Lənkəran” ardıcıl 2-ci gümüşə doğru
Premyer Liqanın XXXI turunun oyunları həftəsonuna bərabər paylaşdırılıb. Apasport.az saytının məlumatına görə, 2 həftəlik fasilədən sonra yenidən ilk “altılığ”ın oyunları şənbə, 2-ci “altılığ”ın matçları bazar günü keçiriləcək. “Neftçi” ötən turda qazandığı ardıcıl 2-ci çempionluğunun ardından bu turda gümüş və bürünc medalçılar, avrokuboklara son 2 vəsiqənin taleyinə tam aydınlıq gələ bilər.

Sözsüz ki, turun mərkəzi oyunu Ağdamda olacaq. “Qarabağ”ın ardıcıl 4-cü mövsüm Avroliqaya vəsiqə qazanmağı məhz orada “İnter”lə matçda həll olunacaq. Yəni ağdamlılara Avropaya getmək üçün mütləq qalib gəlmək lazımdır. Başqa nəticə vəsiqə qazanılmamağı demək olacaq. “İnter” qalib gələrsə, özünün ən azı bürünc medalçı olub, Avroliqaya yollanmağını, son 3 ildə avrokuboklarda ən yaxşı təmsilçimiz olan “Qarabağ”ın isə kənarda qalmasını rəsmiləşdirəcək. Çünki bu halda, turnir cədvəlində qonşular arasında 6 xallıq fərqi sona 1 tur qalmış aradan qaldırmaq mümkün olmayacaq. “Bankirlər” heç-heçə etsə belə, demək olar Avroliqaya çıxacaq. Çünki bu zaman 3 xallıq fərq qalacaq və “İnter”ə istəyinə çatmaq üçün son turda “Bakı” ilə ev oyununda 1 xal da yetərli olacaq. “Qarabağ” isə son turda “Xəzər Lənkəran”la çətin səfər matçında qalib gəlmək vəzifəsinin öhdəsindən gəlməlidir. Ağdamlılar “İnter”lə xalları bərabərləşdirərsə, şəxsi oyunlarda üstün olub, onu turnir cədvəlində qabaqlayacaq ki, bu şansdan maksimum yararlanmalıdır.

Əyalətdə digər ilk “altılıq” oyunu da Avroliqaya vəsiqə baxımından önəmlidir. “Xəzər Lənkəran” qalib gələrsə, bunu qazanacağını rəsmiləşdirəcək. Bu zaman “İnter” xal itirərsə, lənkəranlıların ardıcıl 2-ci mövsüm gümüş medalçı olmağı da dəqiqləşəcək. “Qəbələ”nin gümüşdən fərqli, bürünc mükafat qazanmaq şansı nəzəri cəhətdən qalıb. Buna görə də qəbələlilərə sabahkı matç Avroliqaya çıxmaq baxımdan son şansdır ki, bunun üçün mütləq 3 xal əldə etmək lazımdır. Ümumiyyətlə, Ağdamdakı oyunda heç-heçə sayəsində hər 2 komanda xal itirəcəyindən, Lənkərandakı görüşün iştirakçılarına məhz bu nəticə sərfəlidir.

Turun Bakıdakı yeganə oyunu paytaxt derbisi olacaq. Avrokuboklara ilk 2 vəsiqəni müəyyənləşdirən klublarımız olan “Neftçi” ilə “Bakı” görüşəcək. “Ağ-qaralar” Çempionlar Liqasına, “zolaqlılar” Avroliqaya vəsiqə qazanıb. Kubokun qaydalarına əsasən çempionun finalçısı uduzsa belə, avrokuboklarda oynamaq hüququ qazanır. Bu mənada “Bakı” ilə “Neftçi” mayın 17-də üzləşəcəkləri final oyunu öncəsi son sınağa çıxacaq.

5 may
17:30. “Xəzər Lənkəran” – “Qəbələ”
Lənkəran. Şəhər mərkəzi stadionu
Cari mövsümdəki oyunlar – 2:1, 1:2, 1:0

17:30. “Qarabağ” – “İnter”
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar – 1:0, 0:0, 1:1

17:30. “Bakı” – “Neftçi”
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası
Cari mövsümdəki oyunlar – 0:1, 1:3, 1:2

6 may
17:30. “Kəpəz” – “Turan”
Gəncə. Şəhər stadionu
Cari mövsümdəki oyunlar – 1:1, 1:3, 0:2

17:30. “Sumqayıt” – AZAL
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
Cari mövsümdəki oyunlar - 2:1, 3:6, 1:1

17:30. “Simurq” – “Rəvan”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
Cari mövsümdəki oyunlar - 1:1, 1:1, 0:0


komandalar o q h m tx
1
Neftçi30203755-2763
2
Xəzər L30167739-2655
3
İnter30158728-2053
4
Qarabağ30148835-2450
5
Qəbələ301461041-3148
6
Bakı301451140-3547
7
AZAL301181143-4341
8
Rəvan309101135-3637
9
Simurq30791425-4030
10
Kəpəz30851733-5329
11
Turan30671725-3925
12
Sumqayıt30561924-4921

Bombardir: Bahodir Nasimov (Neftçi) – 16