Milli komandamızın futbolçusu Bundesliqada oynaya bilər
04.05.2012 - 11:39
Milli komandamızın futbolçusu Bundesliqada oynaya bilər
Milli komandamızın futbolçusu Ufuk Budak karyerasını Bundesliqada davam etdirə bilər. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, “Paderborn” “Fryaburq”un ikinci komandasında forma geyinən 2 futbolçunu heyətinə qatmağa çalışır. Bunlardan biri yarımmüdafiəçi Erix Sartner, digəri isə Ufuk Budaqdı.

“Paderborn” hazırda ikinci Bundesliqada 4-cü pillədə qərarlaşıb. Komanda son tur ərəfəsində Düsseldorf “Fortuna”sı ilə birgə 61 xala malikdi. “Paderborn” son turun nəticələrindən asılı olaraq, üçüncü pilləni tuta bilsə, əsas Bundesliqada 16-cı olacaq komanda ilə elitaya düşmək uğrunda pley-off matçına çıxacaq.