Kaqava millimizlə oyun öncəsi qalmaqal yaratdı
04.05.2012 - 12:20
Millimizin mayın 23-də səfərdə yoldaşlıq görüşü keçirəcəyi Yaponiya yığmasının futbolçusu Sindzi Kaqava qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sının heyətində ardıcıl ikinci il Almaniya çempionu olan 23 yaşlı yarımmüdafiəçisi polşalı komanda yoldaşı Robert Levandovskini kəskin tənqid edib.
O bildirib ki, bombardirləri olan hücumçu yalnız özünün qol vurmağı haqda düşünür: “Levandovskinin oyunu komanda yoldaşları ilə anlaşmaya uyğun gəlmir. O, yalnız özünün qol vurmağına konsentrasiya olunub. Buna görə də mən yaxşı vəziyyətdə olanda da, ondan heç vaxt ötürmə almıram”.
Bu fikirləri dərc olunduqdan sonra Kaqava məsələyə yenə toxunub: “2 həftə öncə verdiyim müsahibənin belə formada təqdim olunduğunu görəndə, təəccübləndim. Bu mövzu ilə bağlı Robertlə danışdım və biz hər şeyi aydınlaşdırdıq. Məsələ bağlanıb və bu, mənim üçün növbəti oyunlar öncəsi yaxşı dərs olacaq”.
Kaqava dortmundlu azarkeşlərin böyük həyəcanla gözlədiyi klubla yeni müqavilə imzalamağı məsələsinə də toxunub: “Gələcəyimlə bağlı qərara Almaniya kubokun final matçından sonra qəbul edəcəyəm. Hər şeyi dərindən fikirləşib, götür-qoy etməliyəm. Buna görə də agentim Tomas Krotla danışmağa hazırlaşıram”.
Qeyd edək ki, “Borussiya” mayın 12-də Berlində Olimpiya stadionuna keçiriləcək final oyununda “Bavariya” ilə görüşəcək.

0
0