FİFA Avro-2012-nin boykotuna münasibət bildirdi
04.05.2012 - 14:03
FİFA Avro-2012-nin boykotuna münasibət bildirdi
Gələn ay Polşa və Ukraynada keçiriləcək Avro-2012-nin final mərhələsinin aparıcı futbol ölkələri tərəfindən boykot edilmə ehtimalı FİFA-nı da biganə qoymayıb. Apasport.az saytının məlumatına görə, Almaniya və Hollandiyanın boykot hədələri ali futbol qurumunun prezidenti Yozef Blatteri də hərəkətə gətirib.

İsveçrəli futbol funksioneri məsələyə münasibət bildirərək, bu addımı düzgün qiymətləndirməyib: “Siyasətçilər idman dəyərlərini unutmamalıdırlar.
Çempionatı boykota çağırmazdan əvvəl onlar düşünməlidirlər ki, bu nə ilə nəticələnə bilər. Avro-2012 əvvəlcədən planlaşdırıldığı yerdə keçirilməlidir. Futbol insanları birləşdirməlidir”.