“Neftçi” çempion!
04.05.2012 - 23:00
“Neftçi” çempion!
Əvəzedici komandalar arasında Azərbaycan çempionatının qalibi müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, "Neftçi" sona 1 tur qalmış çempionluğunu elan edib.

Tura 5 xallıq fərqlə daxil olan "Neftçi" səfərdə "Kəpəz"ə 2:4 hesabı ilə uduzub. Bu şansdan yararlana bilməyən "Qəbələ" isə Bakıda AZAL-a yenilib. Nəticədə "Neftçi" ilə "Qəbələ" arasında 5 xallıq fərq qorunub və paytaxt klubu son turu gözləmədən çempionluq sevinci yaşayıb.

İlk "altılığ"ın digər oyununda "İnter" evdə "Bakı"nı 2:1 hesabı ilə yenib. Bununla da çempionatın bütün mükafatçıları müəyyənləşib. Belə ki, "Neftçi" qızıl, "Qəbələ" gümüş, "İnter" bürünc medallara sahib çıxıb.

“Kəpəz” – “Neftçi” - 4:2
“İnter” – “Bakı” - 2:1
AZAL – “Qəbələ” - 2:1
“Xəzər Lənkəran” – “Simurq” - 1:3
“Turan” – “Rəvan” - 5:1
“Qarabağ” – “Sumqayıt” - 1:0

İlk "altılıq"
1. Neftçi 31 20 6 5 70-37 66
2. Qəbələ 31 18 7 6 51-30 61
3. İnter 31 15 6 10 46-29 51
4. Bakı 31 14 3 14 56-48 45
5. Kərəz 31 11 7 13 43-44 40
6. AZAL 31 10 4 17 40-54 34

İkinci "altılıq"
7. Simurq 31 12 7 12 40-49 43
8. Sumqayıt 31 11 8 12 47-48 41
9. Qarabağ 31 11 7 13 36-41 40
10. Turan 31 8 12 11 39-46 36
11. Rəvan 31 7 9 15 40-64 30
12. Xəzər L. 31 7 8 16 27-45 29

Bombardirlər: Orxan Səfiyaroğlu (AZAL), Rey Məmmədbəyli (Qəbələ) - 16.