“Neymar Mourinyonun yanında məhv olar”
05.05.2012 - 11:53
“Neymar Mourinyonun yanında məhv olar”
Braziliyanın “Santos” klubunun prezidenti Luis Ribeyro dünyanın ən güclü məşqçilərindən olan Joze Mourinyonu tənqid edib. Apasport.az saytının məlumatına görə, Madrid “Real”ına bu həftə İspaniya çempionluğu qazandıran portuqaliyalı çalışdırıcını bəyənməyən Ribeyro tanınmış futbolçu Neymarı onun yanına buraxmağı düşünmür.

“Təsəvvür edin ki, Neymar kimi meydanda azad rəssam Mourinyo kimi ciddi və sərt nizam-intizamlı məşqçinin himayəsi altına düşəndə necə olacaq. Planetin ən parlaq hücumçularından biri kökünə kimi məhv olunacaq. Mən yalnız bunu fikirləşəndə, diksinirəm” – deyə, Ribeyro bildirib.