“Qalatasaray”ın Avro-2012-yə kimi transfer edəcəyi futbolçu
05.05.2012 - 12:59
“Qalatasaray” İngiltərənin Premyer Liqa təmsilçisi “Blekbern”in isveçli futbolçusu Martin Olssonu transfer edir. Apasport.az saytının məlumatına görə, İngiltərənin məşhur “Sun” qəzeti “Cim Bom”un 23 yaşlı cinah yarımmüdafiəçisi keçidinin həllini 2012-ci il Avropa çempionatının final mərhələsinin startına qədər bitirmək istədiyini yazır. Həmin məsul turnirdə çıxış edəəcək Martin Premyer Liqadan tərk etməkdə olan “Blekbern”dən getmək fikrindədir. Buna görə çətin vəziyyətdə qalan İngiltərə klubu “Qalatasaray”dana aldığı çox sərfəli təklifi dəyərləndirməyi qərara alıb.
0
0