Yozef Blatter Braziliyaya xəbərdarlıq etdi
05.05.2012 - 14:09
Yozef Blatter Braziliyaya xəbərdarlıq etdi
FİFA prezidenti 2014-cü il dünya çempionatına ev sahibliyi edəcək Braziliyada xəbərdarlıq edib. Apasport.az saytının məlumatına görə, qurum başçısı bu ölkədə keçiriləcək final mərhələsinə hazırlıq işlərinin tepmi ilə bağlı növbəti dəfə narahatçılığını ifadə edib. Buna baxmayaraq, Blatterin fikrincə, Braziliyanın idman obyektlərinin inşasında bütün yubanmaları aradan qaldırmaq üçün yetərincə iqtisadi imkanları var.

Blatter növbəti həftə Sürizdə Braziliyanın idman naziri Aldu Rebelu, habelə Təşkilat Komitəsinin üzvləri ilə görüşərək, hazırlıq işlərini müzakirə edəcək: “2014-cü il dünya çempionatının hazırlıqda hansısa yubanmaların yeri var. Ancaq bu, müəyyən narahatçılıq doğurmaya bilməz. İndi əsas vəzifəmiz bu yubanmaları aradan qaldırmaqdır. Braziliya bütün obyektlərdə tikintiləri lazımı vaxtda başa çatdırmaq üçün bütün, o cümlədən iqtisadi imkana malikdir. Ancaq maksimal güc sərf etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan milli komandası Braziliyada keçiriləcək turnirə düşmək üçün seçmə mərhələdə mübarizəyə bu ilin sentyabrında başlayacaq.