Kaqava “Mançester Yunayted” yolunda
05.05.2012 - 15:07
Azərbaycan milli komandasının növbəti yoldaşlıq görüşündə rəqibi olan Yaponiya yığmasının aparıcı futbolçusu Sindzi Kaqava klubunu dəyişəcək. Apasport.az saytının məlumatına görə, son 2 mövsümdə Dortmund “Borussiya”sı ilə ölkə çempionluğunu qazanan istedadlı yarımmüdafiəçi Almaniya karyerasını başa vuraraq, İngiltərəyə yollanır. Komandası ilə müqaviləsini uzatmaq təklifini qəbul etməyən Kaqava “Mançester Yunayted”ə keçir.
Baş məşqçi Aleks Ferqyusonun sərəncamında görmək istədiyi yapon onun yanına gedəcəyi bağlı sualları cavabsız qoyub. Sindzi Mançester təmsilçisindən illik 5 milyon məvaciblə bağlı cəlbedici təklifə “yox” deyə bilmir. Bu keçidinin cari mövsüm bitəndə, yəni “Borussiya”nın bu ayın 12-də “Bavariya” ilə Almaniya kubokunun final oyunundan sonra reallaşacağı gözlənilir.
Dortmund klubu Almaniya yığmasının yarımmüdafiəçisi Marko Reusun transferindən sonra onun yerinə oynayan Kaqavanı saxlamaqda maraqlı olmayaraq, satışından qazanc əldə edib, komanda daxili atmosferi pozan yüksək maaş ödəmələrindən qurtulacaq.
Qeyd edək ki, Yaponiya – Azərbaycan oyunu mayın 23-də keçiriləcək.

0
0