“Qol epizodunda müdafiəçilərimiz böyük səhvə yol verdi”
05.05.2012 - 19:15
“Qol epizodunda müdafiəçilərimiz böyük səhvə yol verdi”
“”Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun oldu, ilk hissədə rəqibə sürətdə uduzurduq. İkinci hissədə isə daha yaxşı oynadıq". Apasport.az saytının məlumatına görə, bu sözləri "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze "Qarabağ"la oyundan sonra deyib.

Gürcüstanlı çalışdırıcı daha sonra bunları deyib: "Qol epizodunda müdafiəçilərimiz böyük səhvə yol verdi. Qarşıda “Bakı” ilə oyunumuz var, bu oyuna hazırlaşacağıq”.