Rauf Əliyev: İşin yarısını gördük
05.05.2012 - 23:01
“Yaxşı oynadıq, çoxlu qol epizodu yaratdıq. Ancaq əvvəlki görüşlərdə olduğu kimi, şanslarımızdan yenə də yararlana bilmirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.
Premyer Liqanın XXXI turunda “İnter”i qəbul edən Ağdam təmsilçisi Əliyevin vurduğu qolla minimalhesablı qələbə qazanıb.
Bununla, aktivindəki xalların sayını 53-ə çatdıran “Qarabağ” üçüncü pilləyə yüksəlib. Avropa Liqasına yollanmaq üçün Qurban Qurbanovun yetirmələrinə mövsümü minimum bu pillədə başa vurmaq gərəkdir. Oyun haqda danışarkən baş məşqçi Qurban Qurbanov futbolçularda psixoloji gərginliyin olduğunu vurğulayıb.
Əyalət təmsilçisinin hücumçusu bunun son oyunlardakı uğursuz nəticə ilə bağlı olduğunu vurğulayıb: “Son oyunlardakı məğlubiyyət müəyyən gərginlik yaratmışdı. Üstəlik, Avropa Liqasına düşməyə imkan verən yerdən uzaq idik. Bu da istər-istəməz gərginlik yaradırdı”.
Adətən “Qarabağ” çətin anlarda toparlanmağı bacarıb. Bəs, görəsən sona bir tur qalmış Ağdam təmsilçisi bunu edə biləcəkmi? Bir sözlə, Qurbanovun yetirmələri avrokuboklara vəsiqə qazanacaqmı?
Əliyevin fikrincə, buna qismən nail olublar: “İnter”lə oyunda bu vəzifənin yarısını yerinə yetirdik. Qarşıda bir tur qalıb. Çalışacağıq ki, “Xəzər Lənkəran”la həmin oyunda da istəyimizi reallaşdıraq. Avropa Liqasına vəsiqə qazanmaq istəyirik”.

0
0