“Ölkə futbolunun ən zəif, ən səviyyəsiz yeri hakimlikdir”
06.05.2012 - 09:19
“Xəzər Lənkəran” Premyer Liqanın XXXI turunda “Qəbələ” ilə keçirdiyi matçın hakimliyindən razı qalmayıb. Apasport.az saytının xəbərinə görə, qarşılaşmanın baş hakimi Rəhim Nəcəfovun idarəçiliyindən narazı qalan cənub təmsilçisinin AFFA-ya şikayət etməsi istisna deyil.
Belə ki, “Xəzər Lənkəran”ın ilk yarıda hesabı açdığı epizodda hakimlər oyundankənar vəziyyət qeydə alıblar. Bu isə “ağ-yaşıllar”ın etirazına səbəb olub. Klubun vitse-prezidenti Tuyqun Nadirov apasport.az saytına bildirib ki, həmin epizodu 4 kamera ilə izləyiblər: “Hakimlər 100 faizlik qolumuzu saymadılar. Guya ki, ofsayd vardı. Həmin epizoda dəfələrlə baxdıq. Hakimin səhv qərar verdiyi aşıq-aşkar görünür. Ümumiyyətlə, Azərbaycan futbolunun ən zəif, ən səviyyəsiz yeri hakimlikdir”.
Qeyd edək ki, “Qəbələ” ilə Lənkəranda heç-heçə (1:1) başa çatan oyunda “Xəzər Lənkəran” qələbə qazanacağı təqdirdə, gümüş medalla yanaşı Avropa Liqasına vəsiqəni rəsmiləşdirəcəkdi.

0
0