“Qarabağ”ın uğursuz seriyası qırıldı
06.05.2012 - 15:31
“Qarabağ” Premyer Liqada uğursuz seriyaya son qoyub. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, XXXI turun “İnter”lə Ağdamın Quzanlı qəsəbəsindəki ev qarşılaşmasında 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri qələbəsiz oyunlar seriyasını qırıb.
Sonuncu dəfə martın 24-də “Bakı” ilə səfər görüşündə 3 xal qazanan “Qarabağ” həmin vaxtdan qələbəyə həsrət idi. 42 gün əvvəl əldə olunan 2:1 hesablı qalibiyyətdən sonra Ağdam təmsilçisi 5 oyun keçirmişdi. Əvvəl “Neftçi” (0:0) və “İnter”lə (1:1) heç-heçə edən komanda son 3 qarşılaşmada xal da qazana bilmirdi. Bu müddətdə “Qəbələ”yə 0:1, “Bakı”ya 2:4 və “Neftçi”yə 1:2 hesabı ilə uduzan “Qarabağ” həm 5 oyunluq qələbəsizlik, həm də 3 oyunluq məğlubiyyət seriyasını dayandırdı.

- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi
- FİFA-dan BMT-yə – Tramp İnfantinonu Baş katibliyə namizəd göstərir
- Vinçenzo Montellaya ağır itki – Bacısı vəfat etdi
0
0