Bernhard Raabın istəyi
06.05.2012 - 19:39
Bernhard Raabın istəyi
“Bu gün qələbə qazanmaq bizim üçün çox böyük önəm kəsb edirdi. Qələbə münasibətilə futbolçularımı təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Bernhard Raab deyib.

Almaniyalı mütəxəssis Premyer Liqanın XXXI turda AZAL-a 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: “Futbolçularımdan razı qaldım. Mövsümün son oyununda da komandamdan qələbə və gözəl oyun gözləyirəm”.

Qeyd edək ki, “Sumqayıt” bu gün uduzacağı halda Premyer Liqanın sonuncusu olmasını “rəsmiləşdirəcəkdi”.