Sergey Yuran: Qarşımızda duran vəzifə Premyer Liqaya çıxmaqdır
07.05.2012 - 08:52
Sergey Yuran: Qarşımızda duran vəzifə Premyer Liqaya çıxmaqdır
“Mənə bu təklif bütün mənalarda maraqlıdır. “Sibir” qarşısına ən yüksək vəzifələr qoyur”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un sabiq baş məşqçisi Sergey Yuran deyib. Premyer Liqamızda Zaqatala klubunu cari mövsümdə 8 ay çalışdırdıqdan sonra istefaya göndərilən rusiyalı mütəxəssis yenidən vətənində çalışacaq.

Rusiyanın I divizion təmsilçisi “Sibir”in baş məşqçisi təyin olunan Yuran Premyer Liqaya çıxmaq istəyir: “Əsas vəzifələrimizdən biri növbəti mövsümdə Premyer Liqaya çıxmaq vəzifəsini yerinə yetirməkdir. Mayın 12-də Novosibirskə yollanıram. Orada müqaviləmin şərtləri müzakirə olunacaq. Əsas komanda yaratmaqdır. Bu, yalnız nəticə verməyəcək, baxımlı futbol da göstərəcək”.