Ölkə çempionatında 16 yaşlı futbolçu öldü
07.05.2012 - 09:01
Moldova çempionatında 16 yaşlı futbolçu ölüb. Apasport.az saytının məlumatına görə, “Orxey-Milsami” klubunun adı açıqlanmayan oyunçusu elə liderlərin matçında dünyasını dəyişib. Bu, A divizionunda oynayan komandasının XVIII turda “Unqen”lə Orqeyevdə keçirilən oyununda baş verib.
Matç günorta olub və ilkin versiyaya görə, futbolçuda güclü isti nəticəsində günvurma olub. Həmin vaxt meydanda təcili tibbi yardım maşını olmayıb. Ora gələn həkimlər futbolçunun öldüyünü qeydə alıb.
Matç günorta olub və ilkin versiyaya görə, futbolçuda güclü isti nəticəsində günvurma olub. Həmin vaxt meydanda təcili tibbi yardım maşını olmayıb. Ora gələn həkimlər futbolçunun öldüyünü qeydə alıb.
0
0