Azərbaycan-2012 yolunda yarımfinalçılar müəyyənləşdi
07.05.2012 - 09:15
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) üzrə seçmə oyunlarına final mərhələsində A qrupunun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, Qvatemalada təşkil olunan yarışda meydan sahiblərini 6:1 hesabı ilə darmadağın edən Kanada futbolçuları yarımfinala 100 faizlik nəticə ilə yüksəlib. Panama və Yamayka arasında oyunun 1:1 hesabı ilə başa çatması ilə birinciləri növbəti mərhələyə daşıyıb.
Qeyd edək ki, bu gün keçiriləcək B qrupunun son turunun nəticələrindən asılı olmayaraq Meksika və ABŞ yığmaları da yarımfinala yüksəliblər. Onlara arasındakı oyun yalnız qrup qalibinin adını müəyyənləşdirəcək ki, həmin komanda da Kanada ilə görüşməyəcək. Bu 4 yarımfinalçıdan 3-ü mundiala vəsiqə qazanacaq.

- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
0
0