Mitreski: Sağ olsun Sadıq müəllim...
07.05.2012 - 12:34
“Komandada qalmaq istəyimi müsbət qarşıladığı üçün klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin futbolçusu İqor Mitreski deyib.
Makedoniya millisinin sabiq üzvü “ağ-qaralar”la müqavilənin müddətini uzadıb. O, klubun rəsmi saytına açıqlamasında yeni müqaviləsinin müddəti barədə açıqlama verməsə də, karyerasını “Neftçi”də bitirmək niyyətindədir: “Bu klubun bir parçası olmaq, onunla uğurlar qazanmaq xoşdur. “Neftçi”də bu il ikinci çempionluğu yaşadım. Çalışacağıq ki, Çempionlar Liqasında da uğurla çıxış edib, bizə bəslənən ümidləri doğruldaq. İstəyim odur ki, futbolçu karyeramı Azərbaycanın ən böyük klubu olan “Neftçi”də bitirim”.
Qeyd edək ki, Mitreski 2 mövsümdür “Neftçi”nin şərəfini qoruyur.

- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
0
0