“Nə söz-söhbət? Bunu mən də bilmək istəyirəm” - MÜSAHİBƏ
07.05.2012 - 13:09
“Turan” klubunun baş məşqçisi Əsgər Abdullayevin apasport.az saytına müsahibəsi
- Hesabat turunda “Kəpəz”ə uduzmaqla, çətin vəziyyətə düşdünüz. Qələbə qazanmağa nə mane oldu?
- Nəsə deməyə ehtiyac yoxdu. Sadəcə, vəziyyətimizi çətinləşdirdik. Ancaq ümidimizi itirməmişik. Qarşıda bir oyunumuz var. AZAL-la dueldə əlimizdən gələni edəcəyik ki, məqsədimizə nail olaq.
- “Kəpəz”lə Tovuzda keçirilən oyundan sonra müəyyən söz-söhbət yayılmışdı. Bu amilin rəqibin daha əzmlə mübarizə aparmasına təsiri ola bilərmi?
- Nə söz-söhbət? Bunu mən də bilmək istəyirəm. Hərə bir söz danışır. Onlara hörmətlə yanaşırıq, amma bu gün futbolumuzda dedi-qodu daha çox yayılıb. Futboldur, hər cür nəticə ilə qarşılaşmaq mümkündür. “Turan”ın hansı yollardan keçdiyini hamı bilir. Futbolçularımız toparlandılar, komandanı çətin durumdan çıxarmağa çalışdılar. Düzdür, son yenilgidən sonra yenə özümüzü çətinə salmışıq. Qarşıda AZAl-la oyunumuz qalıb. Güclülər dəstəsindəki yerimizi qorumaq istəyirik. AZAL güclü komandadır. Ancaq biz daha çox toparlanmalı, qələbə qazanmalıyıq.
- Son görüşdə Aftandil Hacıyevlə Ayxan Abbasovun meydana çıxmaması nə ilə bağlıydı?
- Onların zədəsi var. Həm də ilboyu meydanda ola bilməzlər ki.
- Yeri gəlmişkən, AZAL doğma meydanda xal itirməyi sevmir..
- Bunu biz də bilirik. Rəqibimiz güclü futbolçulardan qurulub. Çətin oyun olacaq. Özümüzü bu vəziyyətdən çıxarmağa məcburuq. Daha istəkli olmalıyıq. Meydanda məqsədimizi reallaşdırmalıyıq.
- Hazırkı durumda futbolçuları psixoloji baxımdan oyuna kökləyə biləcəsizmi?
- Psixoloji durum deyəndə, futbolçu hər şeyə görə sınırsa... Biz mövsümü 9-cu pillədə də başa vura bilərdik. Bunun üçün doğma meydanda “Simurq”u və “Sumqayıt”ı məğlub etməli idik. İndiki vəziyyət bir daha onu göstərdi ki, “Turan” kiminsə dəstəyi ilə nəticə qazanmır. Komanda özünə güvənir. “Turan”ın cari mövsümdə keçdiyi yolu əksər klublar keçə bilməzdi. Mətbuatda da kifayət qədər komanda haqda sözlər deyildi. Buna rəğmən komanda sabaha ümidlə baxır.
- Anar Nəzirovun zədəsi ciddidir?
- Anarın diz nahiyəsində köhnə zədəsi var idi. Oyun zamanı hətta topu da vura bilmirdi. Buna görə də əvəzetməyə əl atdıq ki, zədə daha da dərinləşməsin.
- “Turan” bəlkə də Premyer Liqada yeganə komandadır ki, qələbəyə görə futbolçulara mükafat vermir. AZAL-la oyun taleyüklü olduğundan, futbolçuları matça kökləmək üçün klub rəhbərliyi həvəsləndirici mükafat ayırmağı nəzərdə tutub?
- Hər şey yüksək səviyyədə olacaq. Rəhbərliyin də, bizim də bütün fikrimiz elitadakı yerimizi qorumaqdır. Hamımız bir yumruq kimi birləşəcəyik.
- Həkimlər bir müddət əvvəl Nadir Nəbiyevin oynamasına qadağa qoymuşdular. Son oyunlarda onu mütəmadi meydanda görürük. Futbolçunun həyatı üçün təhlükə aradan qalxıbmı?
- Yeni zədələnən vaxt Nadirə istirahət etməsi üçün vaxt verdik. O, daha sonra müayinədən keçdi. Həkimi ilə danışdıq, qərar belə oldu ki, oynasın. Biz də onun xidmətindən faydalanmaq qərarına gəldik. Başqa problem yoxdur.
- Növbəti mövsümlə bağlı hansısa qərar qəbul etmisiz?
- İndi heç nə danışmaq istəmirəm. Bütün diqqətimi AZAL-la oyuna yönəltmişəm. Fikrim komandanı Premyer Liqada saxlamaqdır. Sonra necə olacağını zaman göstərəcək.

0
0