Zəlzələ “Simurq”un qapısını yerindən oynatdı
07.05.2012 - 14:43
“Bu gün baş verən zəlzələ bazamıza ciddi zərər vurmayıb”. Bunu apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun icraçı-direktoru Vaqif Əliyev deyib.
Bu gün Zaqatalada baş verən ardıcıl yerli təkanların ən yüksək dərəcəsi 7 bal gücündə olub.
Zəlzələ zamanı bazada olduqlarını bildirən Əliyev narahatçılığa əsas görmür: “Şükür Allaha, salamatçılıqdır. Əhali təşvişə düşüb, küçəyə axışdı, katejlər silkələndi. Ancaq yaxşı ki, yeraltı təkan çox qısa müddətli - 5-6 saniyə oldu. Yoxsa ağır zərər dəyə bilərdi. Zəlzələ olan zaman komanda səhər yeməyinə gedirdi. Təşvişə düşmədik, elə bazada qaldıq. Komanda səhər yeməyindən sonra məşqə çıxdı. Bazaya ciddi zərər dəyməyib. Yalnız bəzi qapılar yerindən çıxıb, bəzi yerlərdə divara vurulan suvaqlar dağılıb”.
Əliyev cari mövsümdə son ev oyunları olan “Rəvan”la matçda ən fəal azarkeşlərinə hazırladıqları sürprizdən də danışıb: “Onlara 4 qiymətli hədiyyə verdik. İkisi mobil telefon, ikisi DVD idi. Hədiyyələr gənc oğlanlarla orta yaşlı azarkeşlərimizə qismət oldu”.

0
0