“Qəbələ” rekordçusu ilə yollarını ayırdı
07.05.2012 - 16:23
“Qəbələ”dən gedən ilk futbolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, avrokuboklardan kənarda qalan komanda əslən Qvineyadan olan qvineyalı yarımmüdafiəçi Abdulkader Kamara ilə yollarını ayırıb.
Belçika vətəndaşı olan təcrübəli futbolçu “Qəbələ”də ən “köhnə” futbolçu idi. Belə ki, o, 2007-ci ildən komandada çıxış edərək, oyun sayında rekordçulardan biri idi. Kamara Premyer Liqada 88, ölkə kubokunda isə 8 dəfə "Qəbələ"nin heyətində yer almışdı. Legioner cari mövsümün gedişində aldığı ağır zədədən sonra heyətdə yerini itirərək, uzun müddətdir oynamırdı.

0
0