Ramin Musayev: Klublar şikayət etməyiblərsə, deməli, işlərini bilirlər
07.05.2012 - 18:20
“Altılıq” tətbiq olunandan sonra Premyer Liqaya maraq daha da artıb. Artıq 3-cü ildir bu sistemlə keçirilən çempionatda son turlara kimi intriqa var”. Bu fikirləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Premyer Liqada Avroliqaya son 2 vəsiqə uğrunda mübarizə daha da gərginləşib. Belə ki, “Xəzər Lənkəran”, “Qarabağ” və “İnter” klublarından hansının avrokuboklardan kənarda qalacağı yalnız son turda dəqiqləşəcək. Elə Premyer Liqada son pillənin sahibi də həmin vaxt bilinəcək. Son tura qədər 11-ci pillədə olan “Turan” axırda gedən “Sumqayıt”ı 1 xal qabaqlayır.
Musayev I divizionda da belə mübarizənin olduğunu qeyd edib: “Bildiyiniz kimi, “Neftçala” son turda qazandığı qələbə ilə turnir cədvəlində 2-ci yerə yüksəlib. İndi “Karvan”la eyni xala malikdirlər. “Neftçala”nı son turda lider, “Karvan”a 2:0 hesabı ilə qalib gələn “Qaradağ Lökbatan”la sınaq gözləyir”.
Ancaq indi elə vəziyyət yaranıb ki, I diviziondan Premyer Liqaya komandaların gəlməyi gözlənilmir. Belə ki, "Karvan" Lisenziyalaşdırma prosesindən rəsmi imtina edib. Bununla əlaqədar Lisenziyalaşdırma Komissiyasında Yevlax klubunun lisenziya almaqla bağlı ilkin müraciəti müzakirə olunmayıb. Lisenziyalaşdırma Komissiyasının çıxardığı qərarla Premyer Liqada iştirak etmək üçün Klublarının Lisenziyalaşdırılması üzrə qaydalarının 8-ci maddəsinin 13-cü bəndinin (versiya 3.0) D-yarımbəndinə uyğun olaraq "Qaradağ-Lökbatan" və "Bakılı"nın növbəti mövsümdə milli çempionatımızda iştirak etməklə bağlı müraciətləri təmin olunmayıb.
Musayev Premyer Liqada oynamağa lisenziya verilməyən I divizion klublarının şikayət etmək hüququndan istifadə etməli olduğunu söyləyib: “Qərarda da göstərilib ki, lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsinə apelyasiya şikayəti verə bilər. Mən də I divizion klublarına fikirlərimi bildirmişəm. Premyer Liqada oynamaq fikirləri varsa, sponsorları ilə danışıb, rəsmi müraciət edə bilərlər. Əgər etməyiblərsə, deməli, öz işlərini bilirlər. Ola bilər ki, I divizionda məqsədləri futbolçu yetişdirməkdir. Hər halda, Premyer Liqada çıxış edən klublar lisenziya tələblərinə cavab verməlidir. Bunu edənlər güclülər dəstəsində oynayacaq. Əgər 2-ci yeri tutan lisenziya ala bilmirsə, 11-ci pilləni tutan komanda Premyer Liqada qalmaq uğrunda kiminlə pley-off oyunları keçirsin?”.

0
0