“Simurq” transferlərə başladı
07.05.2012 - 23:03
“Simurq” transferlərə başladı
“Transferlərlə bağlı danışmaq hələ tezdir. Sonuncu oyundan sonra klubdaxili iclas keçiriləcək və kimlərin qalıb-qalmayacağı da o zaman bilinəcək”. Bu sözləri apasport.az saytına “Simurq” klubunun idman direktoru Vaqif Əliyev deyib.

Cari mövsüm qarşısına ilk “altılığ”a çıxmaq məqsədi qoyan “Simurq” buna nail ola bilmədi. Mövsümü təhlil edən klub rəsmisi istədiklərini ələ edə bilmədiklərini, ancaq yeni çempionatda fərqli komanda quracaqlarını vurğulayıb: “Biz ilk “altılıq”a düşmək niyyətində idik. Ancaq bunu reallaşdıra bilmədik. Alınmadı. Növbəti növsümdə belə olmayacaq. Hədəflərimiz böyüyəcək”.

Təbii ki, həfələrin böyüməsi klubun büdcəsinin artması deməkdir. İdman direktoru da yaxşı oyunçuların heyətə qatılması üçün büdcənin artırılacağını istisna etməyib: “Əlbəttə, büdcəmiz artırılacaq. Bəzi futbolçularla danışıqlara başlamışıq. Aralarında yerli futbolçular da var, əcnəbilər də. Sadəcə, məsələ rəsmiləşdikdən sonra ad açıqlamaq olar”.

Hazırkı baş məşqçi Georgi Çixradzenin işindən razı qaldıqlarınıda gizlətməyən Əliyev onunla gələn çempionatda məqsədlərinə çatacaqlarını bildirib: “Yeni baş məşqçinin işi bizi qane edir. Nəticələr göz qabağındadır. Onun başçılığı ilə 9 oyun keçirən komandamız cəmi bir dəfə uduzub”.

Bu arada “Bakı”nın transferə çıxardığı Fabio Luis Ramimlə əyalət təmsilçisi arasında danışıqlar aparıldığı deyilsə də, klub rəsmisi bunun həqiqəti əks etdirmədiyini bildirib. O, Saşa Yunisoğlunun da “Simurq”a keçməyəcəyini deyib.