Avropanın 4 ölkəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək
07.05.2012 - 17:48
Avropanın 4 ölkəsində Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək
Avropanın 4 ölkəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turniri keçiriləcək. Apasport.az saytının xəbərinə görə, “Odlar Yurdu” diaspor qurumunun təşkil etdiyi turnirin Rumıniya, Çexiya, Avstriya və Böyük Britaniyada keçirilməsi nəzərdə tutulur.

“Odlar Yurdu” diaspor təşkilatının rəhbəri İlham Nağıyevin bildirdiyinə görə, yarışda bu ölkələrdə yaşayan soydaşlarımızın da tərkibində olduğu 8 komanda iştirak edəcək.

Turniri yerli diaspora üzvləri ilə yanaşı diplomatlar, ziyalılar və digər xalqların diaspor təşkilatının rəhbərləri də izləyəcəklər. Turnirin qonaqlarına və iştirakçılara Azərbaycan haqqında məlumat kitabları, xatirə hədiyyələri təqdim ediləcək.

Turnirə mayın 9-da Buxarestdə start veriləcək. Turnirin qalibləri Heydər Əliyev kuboku ilə mükafatlandırılacaqlar.