Milli komandamıza 24 futbolçu çağırıldı
07.05.2012 - 18:01
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının növbəti rəsmi oyunlara heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernard Lippert mayın 21-dən 30-a qədər Almaniyanın Frankfurt şəhərində təşkil olunacaq təlim-məşq toplanışı, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində iyunun 1-də və 5-də keçiriləcək Norveç və İslandiya ilə səfər matçlarına 24 futbolçu çağırıb. Bunlar Abdulla Abasiyev, Orxan Həsənov, Emin Mustafayev, Eşqin Quliyev, Ruslan Tağızadə, Tərlan Quliyev, Murad Ağayev, Ruslan Qurbanov, Hacı Əhmədov, Bədavi Hüseynov (hamısı “Sumqayıt”), Araz Abdullayev, Elvin Yunuszadə, Mirhüseyn Seyidov (hamısı “Neftçi”), Osman Umarov, Qara Qarayev, Tural İsgəndərov (hamısı “Qarabağ”), Rəhman Hacıyev, Novruz Məmmədov (“Bakı”), Səlahət Ağayev, Elnur Abdulov ( hər ikisi “İnter”), Urfan Abbasov (“Qəbələ”), Tural Abbaszadə (“Kəpəz”), Amit Quluzadə “Kayseri Ərciyyəsspor”, Türkiyə), Əli Gökdəmirdir (“Hannover-96” , Almaniya).
Mənbə: affa.az
Mənbə: affa.az
0
0