Qvardiola üçün brilyant daş-qaşlı qızıl fərqlənmə nişanı
07.05.2012 - 19:46
Qvardiola üçün brilyant daş-qaşlı qızıl fərqlənmə nişanı
“Barselona”nın prezidenti Sandro Rossel baş məşqçi Xosep Qvardiolaya brilyant daş-qaşlı qızıl fərqlənmə nişanı təqdim edib. Apasport.az saytının məlumata görə, təltif olunma mərasimində baş məşqçinin atası Valenti Qvardiola, “Barsa”nın idman direktoru Andoni Subisaretta, vitse-prezident Xosep Mariya Bartomeu və gələcək baş məşqçi Tito Vilanova iştirak edib.

Qeyd edək ki, mövsümün sonunda Xosep Qvardiola komandanı tərk edəcək. Onu Tito Vilanova əvəzləyəcək.