Yarımfinal cütləri müəyyənləşdi
08.05.2012 - 08:46
Yarımfinal cütləri müəyyənləşdi
Bu ilin payızında Azərbaycanda keçiriləcək 17 yaşadək qızlar arasında dünya çempionatının Şimali, Mərkəzi Amerika və Karib dənizi hövzəsi (KONKAKAF) üzrə seçmə oyunları çərçivəsində növbəti matçlar keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 2 oyunla Qvatemalada təşkil olunan yarışın qrup mərhələsinə yekun vurulub.

B qrupunun qalibi adı uğrunda oyunda ABŞ Meksika futbolçularını 3:0 hesabı ilə darmadağın edib. Autsayderlərin oyununda isə Baham adaları ilə Trindad və Tobaqo qolsuz heç-heçə ilə razılaşıblar.

Bu oyunlardan sonra yarımfinal cütləri müəyyənləşib. Final yolunda ABŞ yığması Panama ilə, Kanada isə Meksika ilə qarşılaşacaq. Həmin matçların qalibləri, həmçinin III yer uğrunda oyunda sevinən komanda mundiala vəsiqə qazanacaq.