“Xəzər Lənkəran”ın hakimliklə bağlı narazılığı araşdırılacaq
08.05.2012 - 12:03
Bu gün AFFA-nın İntizam Komitəsinin (İK) iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran” AFFA-ya müraciət edərək, XXXI turda “Qəbələ” ilə ev oyununda hakimliklə bağlı narazılığını bildirib.
İK-in çıxardığı qərara əsasən, AFFA-nın Hakimlər Komitəsi Rəhim Həsənovun başçılıq etdiyi hakimlərin idarəçiliyini dəyərləndirdikdən sonra növbəti iclasa kimi ona məlumat verməlidir.
Həmin matçın 31-ci dəqiqəsində 2-ci sarı vərəqəyə görə meydandan kənarlaşdırılan “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 1 oyunluq cəzaya və 200 manat cəriməyə məruz qalıb. “Simurq” – “Rəvan” oyununda qonaqlar 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün 1000 manat cərimə ödəməli olacaq.

- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0