“Klub prezidenti dedi ki, bu pulları sizə halal eləmirəm” - MÜSAHİBƏ
08.05.2012 - 12:20
“Turan” klubunun futbolçusu Ayxan Abbasovun apasport.az saytına müsahibəsi
- Komandanızın XXXI turda “Kəpəz”ə 1:2 hesabı ilə uduzduğu oyunda Aftandil Hacıyevlə siz iştirak etmirdiniz. Ümumiyyətlə, Gəncəyə getmişdiniz?
- Xeyr.
- Baş məşqçi Əsgər Abdullayev hər ikinizin zədəli olduğunu deyib. Bu, düzdür?
- Zədə problemim yoxdur. Sadəcə, oyuna getmədik.
- Yenə pul problemi yaranıb?
- Bəli. Demişdilər ki, “Sumqayıt”la görüşdən öncə maaş veriləcək. Ancaq sözlərinin üstündə durmadılar. Bildirdilər ki, pul oyundan sonra veriləcək. Bu da haqlı narazılığa səbəb oldu. Klubun prezidenti Yaşar İbrahimov dedi ki, gedin Gəncədə “Kəpəz”i udun, sonra pulunuzu alarsız. O zaman kapitanımız Aftandil Hacıyev futbolçular adından dedi ki, maaşın oyuna dəxili yoxdur. Bütün futbolçular maaş verilməyəcəyi təqdirdə, komandanı tərk edəcəklərinə söz verdilər. Bundan 2 dəqiqə sonra əl-ayağa düşüb, pulumuzu verdilər. Belə çıxır ki, rəhbərlik Aftandillə məni komandadan kənarlaşdırıb.
- Sizə komandadan kənarlaşdırıldığınızı deyiblər?
- Hələlik yox. Ancaq sözün açığı, Aftandilin sözlərindən narazı qalıblar. Prezident baş məşqçiyə deyib ki, Aftandillə Ayxanın “Turan”da oynamasını istəmir.
- Sizdən başqa heyətdən uzaqlaşdırılan var?
- Bildiyim qədəri ilə hələlik iki nəfərik. Əslində, burada böyük problem də olmayıb. Aftandil kapitan kimi sözümüzü deyib. Ona qalsa, mən heç danışmamışam. Tutaq ki, Aftandil nəsə deyib, bəs mən!?
- Belə çıxır ki, “qara siyahı”ya kollektivdə etiraz edənlər düşüb...
- dedim axı, mən danışmamışam. İclasda Hacıyev komandanın adından danışıb. Bir də legionerlərdən Georgi Beriaşvili “Yaşar müəllim, pul olacağına söz vermişdiniz, mən də Gürcüstana getməliyəm” deyib.
- “Sumqayıtla” oyundan öncə rəhbərlikdə pul var idi?
- Bəli. Görüşdən əvvəl vitse-prezident Eltay Aslanov pulun onda olduğunu demişdi.
- Bizdə olan məlumata görə, maaş paylananda rəhbərlik “bu pulları sizə halal eləmirəm” deyib...
- Halallıq deyəndə ki, bizə şəxsi qazancını vermir ki... Pulun hardan gəldiyini hamı yaxşı bilir. O pul futbolçularındı. “Turan”ın dağılmamağı üçün ayrılıb.
- Belə çıxır ki, maddi məsələlər qaydasında olanda, “Turan” yaxşı çıxış etmək gücündədir...
- Bəli, hər şey pulla bağlıdır. Hələ ötən yay güclü komandamız var idi. Amma maddi problem yaranmasaydı, vəziyyətimiz daha yaxşı olardı. Demirəm ki, rahat “altılığ”a düşərdik. Buna nail olmasaq da, indi axırlarda getməzdik, AZAL, “Rəvan” kimi xalımız vardı. Komandada bu mövsüm o qədər, dəhşətli problemlər oldu ki...
- Zədəli olduğunuzu açıqlayan baş məşqçi ilə söhbətiniz olubmu?
- Əsgər müəllim dedi ki, gözləyin görək, bunun axırı necə olacaq. Son günlər isə əlaqə saxlamamışam. Biz həmişə sözümüzü demişik. Faktdan da qaçmırıq. Aftandil prezidentə deyib ki, pulumuzu verin. Klub prezidenti dedi ki, bu pulları sizə halal eləmirəm. Məgər öz qazancıdır ki, halallıq verməsin? əslində, rəhbərlik bizdən halallıq almalıdır. Çünki o məbləğə heç I divizionda da oynamırlar. Futbolçular mükafat görmür. 6 ay heç kimin pulunu vermədilər, ancaq yenidən komandaya qayıtdılar. Yəqin ki, özləri “Turan”ın Premyer Liqada qalmağını istəmirlər.
- Abdullayev sizi qaytarmaqda israr etmədi?
- Bizə dedi ki, gözləyin, prezidentin hirsi soyusun. Hirsi nə vaxt soyuyacaq, çempionat qurtarır...

0
0