“Neftçi” AFFA-nı aldada bilmədi
08.05.2012 - 12:41
Həvəskarlar arasında Azərbaycan birinciliyində daha bir fırıldaq aşkarlanıb. Apasport.az saytının məlumatına görə, “Qəbələ-2” ilə oyunda “Neftçi” ROİL klubunun heyətində peşəkar futbolçunun iştirak etdiyi üzə çıxıb.
AFFA-nın İntizam Komitəsi müəyyənləşdirib ki, meydana çıxan Elbrus Beybudov I divizionda çıxış edən MOİK-in üzvüdür və həmin klubla peşəkar müqaviləsi mövcuddur. “Neftçi” ROİL-in heyətində peşəkar futbolçu çıxış etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Bundan başqa, ötən həftə keçirilən oyunlarda daha 2 komanda AFFA-nı aldatmaq istəyinə görə cəzalanıb. “Azercell U-17 Liqa”nın “Rəvan”la oyununda “Kəpəz”in futbolçusu Xəlil Məmmədov cəzalı olduğu halda matçda iştirak edib. “Kapital Bank U-15 Liqa”nın “Qarabağ”la qarşılaşmasında isə AZAL-ın futbolçusu Muxtar Əliyev cəzalı olduğu halda meydana çıxıb. Hər 2 komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

0
0