İspaniya şokda!
08.05.2012 - 15:10
Son Avropa və dünya çempionu İspaniya yığması şoka düşüb. Apasport.az saytının məlumatına görə, milli komandanın liderlərindən olan müdafiəçi Karles Puyolun gələn ay Polşa və Ukraynada keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak etməyəcəyi açıqlanıb. Bu da “Barselona”nın kapitanının dizindəki cərrahiyyə əməliyyatından sonra bərpa prosesi keçməyi ilə bağlıdır.
Puyol son turda evdə “Espanyol”a 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra özünü narahat hiss edib. Tibbi müayinə 34 yaşlı futbolçunun əməliyyata ehtiyacının olduğunu göstərib. Bu, mayın 12-də keçiriləcək. Dünya və Avropa çempionun bərpasına ay yarım vaxt lazım olacaq.

0
0