“Turan” rəhbərliyi elə hoqqa çıxardı ki...” - MÜSAHİBƏ
08.05.2012 - 16:59
“Turan” klubunun kapitanı Aftandil Hacıyevin apasport.az saytına müsahibəsi
- Maaşla bağlı narazılıq etməyiniz sizə baha başa gəldi. Rəhbərliyin qərarı ilə komandadan kənarlaşdırılmısınız...
- “Turan”da il ərzində problemlər çox oldu. Dedilər ki, qışda problemlər çözüləcək. Düzdür, maaşlar verildi. Ancaq sona yaxın başladılar yenə oyun oynamağa.
- Sizcə, bu, nədən qaynaqlanır?
- 8 turdur uduzmayan komandaya mükafat verilmir. Sonra da deyirlər ki, “Kəpəz”i udun sonra maaşınızı verək. Sadəcə, futbolçulardan istifadə edirlər. Bu söz mənə çox pis təsir etdi. Məşqlərdə, qarda-boranda, istidə nə qədər əziyyət çəkirik. Kənardan asan görünə bilər. Futbolçu məşqdə, oyunda iştirak etdiyinə, klubun formasını daşıdığına görə maaş alır. Ancaq pul vermək əvəzinə deyəsən ki, niyə heç-heçə oynamısınız. Heç bir klub rəhbərliyi 8 oyunluq məğlubiyyətsiz seriyadan sonra heç-heçəyə görə narazı olmamalıdır. Baş açmadım ki, bu, nə oyun idi. “Kəpəz”lə vacib oyun öncəsi elə hoqqa çıxardılar ki...
- Məqsəd nə ola bilər?
- Bilmirəm. Açığı, səbəbi mənim kapitan kimi komanda adından danışmadığım idisə, onda Ayxan Abbasovun geri qayıtmağını niyə istəməyiblər. Rəhbərliyin elə danışığından sonra özüm iclası tərk edib dedim ki, mən daha komandada yoxam. Çünki bu cür münasibətdən sonra kapitan kimi orada qalmağı lazım bilmədim. Komandanın çəkdiyi əziyyətin yerə vurulmağını istəmirəm. Problemin həlli ilə bağlı hər bir oyunçu kapitana yaxınlaşır. Bu məsuliyyəti hiss elədiyimə görə iclasdan çıxdım. Sonra deyirlər ki, kənarlaşdırılmışıq. Onsuz da Tovuza qayıdan deyildim. O təfəkkürlü insanlarla, o cür idarəetmə ilə... Hansı ki klubun çətin vaxtlarıdır. Premyer Liqada qalıb-qalmayacağımız həll olunduğu zamanı durub oyun oynayasan ki, gedin Gəncədə qalib gəlin, məvacibinizi verək. Komanda məğlubiyyətsiz, mükafatsız oynayır, heç ondan danışan yoxdur.
- Komanda uğurlu çıxış edirdisə, deməli, maddi məsələlər qaydasına düşmüşdü. Qış fasiləsinə qədər, yəni “Turan”da rəhbər dəyişikliyinədək olan dövrlə müqayisədə fərq böyük idi?
- Vidadi Əhmədov, Tahir Yusifovun prezidenti olduğu dövrləri demirəm, son 7-8 ildə qeyri-peşəkar insanlar çalışır. Onun nəticəsidir ki, bu gün “Turan” Premyer Liqada qalmaqda əziyyət çəkir. Bu dəqiqə “Barselona”nın futbolçularını da Tovuza gətirsən, belə münasibətin qarşılığında Premyer Liqada qalmaq uğrunda oynayacaqlar. Yəni, rəhbərliyin futboldan xəbəri yoxdur. Onlar hələ indi öyrənirlər ki, komandanı necə idarə etmək, futbolçu ilə necə danışıb, necə dil tapmaq lazımdır. Bunu öyrənəndən sonra kluba rəhbərlik etmək lazımdır. Əgər bacarmırlarsa, elə bu gündən klubu bacarıqlı şəxsə versinlər. Belə idarə etməkdənsə, I divizionda, həvəskar liqasında oynamaq daha məsləhətlidir. O zaman gənc futbolçuları yetişdirmək daha məqsədəuyğun olardı.
- Maddi problem düzəlmişdisə, mükafatları niyə vermirdilər?
- Bilirəm. Bunu klub rəhbərliyindən soruşsanız, daha yaxşı olar.
- Cari mövsümdə maddi problemlərə görə “Turan”ın düşərgəsini bir neçə dəfə tərk etsəniz də, sonradan geri qayıtdınız. İndi buna görə peşman deyilsiniz?
- Yox. Biz hər dəfə qayıdanda, komandaya kömək eləmişik. Hətta komanda meydana çıxmayanda, təcrübəli futbolçu onu meydana çıxarıb. Biz bunun şahidi olmuşuq. Neçə dəfə olub ki, nə qədər futbolçu getmək istəyib, onları komandada saxlamışıq. Ancaq indi rəhbərlik bizimlə baş-başa gəlir. Mən şəxsən özümə cavabdehəm. Çünki bir futbolçu kimi, bu cür münasibət göstərən rəhbərliyin yanında oynamaq istəmirəm. Bu üzdən təklif olsa da, qayıtmaram.
- Üstəlik, “Turan”la müqaviləniz də bitir...
- Bəli, cari mövsümün sonunda bitir. Hazırda Bakıdayam və başqa komandaya keçməyi düşünürəm.

0
0