“Qarabağ” “Xəzər Lənkəran”la oyunun hazırlığına başladı
08.05.2012 - 16:50
“Qarabağ” Premyer Liqanın XXXII turunda “Xəzər Lənkəran”la oyunun hazırlıqlarına start verib. Apasport.az-ın Ağdam klubunun rəsmi saytına istinadən məlumatına görə, mayın 11-də Lənkəran təmsilçisinin qonağı olacaq komanda 1 günlük istirahətdən sonra bu gündən həlledici oyunun məşqlərinə başlayıb.
Günün tək çalışmasında mövsümü erkən bitirən Əfran İsmayılov iştirak etməyib. Əvəzində isə “İnter”lə sonuncu oyunu cəza səbəbindən buraxan Maksim Medvedev “Xəzər-Lənkəran”la görüşün hazırlıqlarına qatılıb.
Qeyd edək ki, “Qarabağ” sabah Bakıda daha bir məşqə çıxacaq. Mayın 10-da isə komanda Lənkərana yollanacaq.

- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
0
0