Avropa Liqasında ispan finalı
09.05.2012 - 20:10
Bu gün Avropa Liqasında keçiriləcək final oyunu ilə qitənin klub turnirlərindən birinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, bütün Avropanın diqqəti Rumıniyanın paytaxtı Buxarestə yönələcək.
Qitənin 2-ci dərəcəli klub turnirinin həlledici qarşılaşmasında İspaniya təmsilçiləri “Atletiko” ilə “Atletik” qarşılaşacaq. Bu isə o deməkdir ki, kubok 2 il əvvəl olduğu kimi, yenə İspaniyaya yollanacaq.
Yəni, Avropa Liqası adı aldıqdan sonra kubok ənənəvi olaraq Pireney yarımadasını tərk etməyəcək. 2009/10 mövsümündə ilk dəfə bu adla keçirilən yarışın qalibi olan “Atletiko” ötən il Portuqaliya “Porto”sunun qalib gəlməsinə əngəl ola bilməmişdi. Əbədi məskəni Pireneydə qalacaq kubok “Atletiko” üçün 6-cı, “Atletik” üçün 2-ci final olacaq.
Sonuncular 35 ildən sonra yüksəldiyi finalda ilk kubokunu qazana bilər. Madridlilər üçün isə bu ümumilikdə 3-cü qitə kuboku olacaq.
Avropa Liqası
Final
9 may
23:45. “ATLETİKO” (İSPANİYA) – “ATLETİK” (İSPANİYA)
Baş hakim: Volfqanq Ştark (Almaniya)
Buxarest. Milli stadion

0
0