“Neftçi” tarixində ilk dəfə çempion olmaq istəyir” - MÜSAHİBƏ
08.05.2012 - 23:01
Futzal üzrə Azərbaycan yığmasının və “Araz” klubunun üzvü Vitali Borisovun apasport.az saytına müsahibəsi
- Özbəkistan toplanışı necə keçdi?
- 4 gün orda qalıb, 2 yoldaşlıq oyununda gücümüzü sınadıq. Bu, toplanış deyildi. Sadəcə, oynamaq üçün getmişdik.
- Nəticələrin fərqli olması nədən irəli gəlirdi. Deyəsən, ardıcıl 2 gün ərzində 2 oyun keçirmək yorucudur..
- Əlbəttə, 2 gün ərzində dalbadal oyunlar keçirmək çox çətindir. Nəticələri çətinliklə qazandıq. Yığmanın formasını geyinən braziliyalılar Özbəkistana aparılmamışdı. Heyətdə 4 yeni futzalçı var idi, hansı ki onlar yığmaya birinci dəfə dəvət edilirdi. Buna baxmayaraq, yaxşı oynadığımızı düşünürük.
- Bəs braziliyalılar səfərə niyə aparılmamışdı?
- Buna rəhbərlik cavab verə bilər. Yəqin yeni oyunçuları sınamaq qərarına gəliblər.
- Yeni gələnləri nəzərədə tutub yeni nəslin yetişdiyini söyləmək olarmı?
- Deməzdim ki, onlar yeni nəsildir. Sadəcə, yığmaya yeni cəlb edildilər. Yaxşı da oynadılar. Hətta Əsgər qol da vurdu. Normal uşaqlar var. Rəqib də yaxşı formada idi. Onlar toplanışdan qayıtmışdılar. Asiya çempionatına hazırlaşdıqlarına görə, bizimlə oyunlardan sonra yenidən İspaniyaya toplanışa yollanacaqlar. Bizdə isə mövsüm başa çatıb. Hamımız dincəlmək haqda düşünürük.
- Məzuniyyəti düşünüb meydana çıxmaq nə dərəcədə peşəkarlığa sığır?
- Millinin heyətində oynamaq hər zaman xoşdur. Üstəlik, bu oyunlarda uduzmaq olmaz. Çünki hər 2 oyun reytinq xalları qazandıracaqdı. Bu da gələcəkdə püşkatma zamanı bizə lazım olur.
- Çempionatda da gərgin mübarizə gedir. Son 2 turda “Araz” və “Neftçi” İSM xal itirməsə, “qızıl oyun” olacaq. Titulu qorumağa hazırsızmı?
- Bu, final oyunu olacaq. Biz 8-ci dəfə qızıl medal qazanmaq istəyirik. “Neftçi” isə tarixində ilk dəfə bu ada sahib çıxmaq üçün mübarizə aparır. Şanslar 50-nin 50-yədir. Məncə, sonda bizi maraqlı və gərgin finiş gözləyir.
- Rəqibin baş məşqçisi yığmada komanda yoldaşınızdır. Kakanın sizi əzbərlədiyini söyləmək olarmı?
- Kaka yaxşı futzalçıdır. Onun yığmaya köməyi dəyir. Öz komandasına döndükdən sonra isə hər şey yaddan çıxır. Dostluq, qardaşlıq unudulur.
- Mövsüm başa çatmaq üzrədir. Beynəlxalq oyunlardakı uğursuzluğu nə ilə izah etmək olar?
- Yığma barədə onu deyə bilərəm ki, hardasa, nəyisə düzgün etmədik. Avropa çempionatının final mərhələsində Serbiyaya, Bakıda Xorvatlara uduzmamalı idik. Ancaq klub səviyyəsində elə də pis çıxış etmədik. Əsas mərhələdə ikinci yeri tutduq. Qrupdan isə “dördlər finalı”na “Barselona” yollandı. Hansı ki, sonda onlar çempion oldular. Bizdən başqa heç bir klub “Barselona” ilə heç-heçə edə bilmədi. Ancaq onlarla xalları yalnız Azərbaycan çempionu yarı böldü. Bu gün bütü oyunları eyni səviyyədə keçirəcək gücdə deyilik. Bu klub yarışlarına aiddir. Yığmada durum fərqlidir.

0
0