“Futbolçuların imicini dəyişdirmək üçün kifayət qədər vaxtımız var”
08.05.2012 - 23:12
"Yuventus" klubunun qapıçısı Canluici Buffon ölkəsində yeni vəzifəyə təyin olunub. Apasport.az saytının xəbərinə görə, təcrübəli qapıçı sabiq "Roma"lı futbolçu Damiano Tomazzi ilə birgə İtaliya Futbolçular Birliyinin prezident müşaviri seçilib.
Bu mövsüm komandasının İtaliya çempionluğunu qazanmasında böyük pay sahibi olan Buffon yeni təyinatla bağlı təəssüratlarını bölüşüb: "Mənim üçün sürpriz təklif oldu. Məmnuniyyətlə qəbul etdim. Düşünürəm ki, futbolçuların imicini dəyişdirmək üçün kifayət qədər vaxtımız var".
Qeyd edək ki, İtaliya Futbolçular Birliyinin 2 minə yaxın üzvü var.

0
0