Robbenin şərti var
08.05.2012 - 23:17
"Bavariya"nın hücumçusu Aryen Robben iddialı açıqlamaları ilə diqqət çəkib. Apasport.az saytının xəbərinə görə, holland Çempionlar Liqasını və Avro-2012-ni qazanacaqları təqdirdə karyerasını başa vuracağını açıqlayıb: "Bu mövsüm əsas hədəfimiz Çempionlar Liqasını qazanmaqdı. Ancaq Almaniya kubokunda da Dortmund "Borussiya"sı ilə çətin görüşümüz var. Hər iki kuboka iddialıyıq. Seçim arasında qalsaydım, təbii ki, Çempionlar Liqasını deyərdim. İki il öncə bu kuboku qazanacağımıza dair anama və həyat yoldaşıma söz vermişdim. Lakin alınmadı. Əgər bu dəfə Çempionlar Liqası və Avro-2012-ni qazansaq, karyeramı başa vuracağam".
Qeyd edək ki, Robben bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 24 oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, Robben bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 24 oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.
- İtaliano həyəcanını gizlətmədi – "Sabah ilk rəsmi oyunumuzdur"
- Malanq Sarrın yeni klubu bəlli oldu – Səudiyyə Ərəbistanına yollandı
- Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
0
0