Danışılmış oyunların iştirakçılarının siyahısı açıqlandı
09.05.2012 - 13:32
İtaliya Futbol Federasiyası danışılmış oyunlarda iştirak etməkdə şübhəli bilinən 22 klubun adınmı açıqlayıb. Apasport.az saytının məlumatına görə, 33 oyunla bağlı araşdırmaya start verən apeninlilər "Albinoleffe", "Ankona", "Askoli", "Atalanta", "Avesa", "Kremoneze", "Peskara", "Empoli", "Frozinone", "Qrosseto", "Livorno", "Modena", "Montsa", "Novara", "Padova", "Pyaəçenüa", "Ravenna", "Recina", "Rimini", "Sampdoriya", "Siena" və "Spetsuya" komandalarından şübhələnir.
B seriyasının 29, daha aşağı dəstənin 4 oyunu ilə bağlı araşdırmalarda 61 futbol adamının da adı hallanır ki, həmin siyahı hələ açıqlanmır. 22 klubdan isə 3-ü artıq a seriyasında mübarizə aparır. "Atalanta", "Novara" və "Siena" indi oynadıqları yüksək liqada deyil, aşağı dəstədə oynayarkən danışılmış oyunlarda iştirak edib.

0
0